Xəbər lenti

Ekonomiks 14:41 07.11.2018

"AG Bank"hesabatını gizlədir (FOTO)

"AG Bank" ın cəmi kapitalı 11 milyon 787 min manat azalıb. Bundan başqa bankın məcmu kapitalı da 4 milyon 192 min manat azalıb.

Qaynarinfo "Kommersant.az-a istinadən xəbər verir ki, "AG Bank"ın cəmi kapitalı hər il azalır. Belə ki, bank, 2016 -cı ilin sonunda 53 milyon 804 min manat cəmi kapitala sahib olub. 2017 -ci ilin sonunda isə bu rəqəm 6 milyon 630 min manat azalaraq 47 milyon 174 min manata, cari ilin 3-cü rübünə olan hesabatında isə 5 milyon 157 min manat (ümumilikdə 11 milyon 787 min manat) azalıb.
 


"AG Bank"ın bu ilin 3-cü rübünə olan hesabatına əsasən bankın məcmu kapitalı 40 milyon 846 min manat olub. Bu isə 2017 -ci ilin sonuna görə 4 milyon 192 min manat azdır. 2016 -cı ilin sonuna olan hesabatında isə bank məcmu kapitalını gizlədib.

Bununla bağlı banka müraciət etsək də bank rəsmisi Fatimə Ağalarova suallarımızı cavablandırmayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->