Xəbər lenti

Aİ rəsmisinin Ermənistan və Azərbaycana səfəri (ŞƏRH)
Siyasət 15:05 14.09.2021

Aİ rəsmisinin Ermənistan və Azərbaycana səfəri (ŞƏRH)

"Aİ rəsmisinin Ermənistan və Azərbaycana səfəri müharibədən sonra bölgədə yaranan durumu yerindəcə öyrənib təhlil etmək istəyindən qaynaqlanır”.

Bunu Qaynarinfo-ya açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın Azərbaycana gözlənilən səfərini dəyərnləndirərkən deyib. 

Ekspertin fikrincə, Aİ bu səfərlə müharibədən sonra bölgədə hansı rol oynaya biləcəyini müəyyənləşdirməyə çalışır: 

"Mütəmadi olaraq gəlib-gedirlər. Cənubi Qafqaz Avropa İttifaqı üçün vacib bölgələrdən biridir. Onlar Azərbaycanla tərəfdaşlığı inkişaf etdirməkdə maraqlıdırlar. Qurum 44 günlük müharibədən sonra bölgədə yaranan vəziyyəti yerindəcə öyrənib təhlil etmək istəyir”. 

Həmsöhbətimiz düşünür ki, Bakının Aİ ilə münasibətlərində ciddi problemlər yoxdur:

"Azərbaycan Aİ ilə əməkdaşlığı genişlənidirməyə hazırdır. Strateji saziş üzərində iş gedir. Hələlik proses yekunlaşmayıb. Bu baxımdan Bakının Aİ ilə münasibətlərində elə bir problem yoxdur. Vaxt var idi ki, onlardan Qarabağla bağlı birmənalı mövqe ortaya qoymalarını tələb edirdik. İndi isə buna da ehtiyac yoxdur. Qarabağ məsələsini özümüz böyük ölçüdə həll etmişik. Ona görə həmin məsələdə Aİ-nin Bakıya xüsusi münasibət bəsləməsinə ehtiyac yoxdur.

Düşünürəm ki, bu mənada Toyvo Klaarın səfəri maraqlı olacaq. Bu səfər ola bilər Aİ-nin Bakı ilə münasibətləri hansı istiqamətdə qurmaq istəyinə tam aydınlıq gətirsin. Bu baxımdan Bakının da onlara sualları var”.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->