Xəbər lenti

Şakira istintaqla əməkdaşlıqdan imtina etdi
Dünya 08:51 28.07.2022

Şakira istintaqla əməkdaşlıqdan imtina etdi

İspaniyada maliyyə fırıldağında ittiham olunan kolumbiyalı müğənni Şakira Barselona prokurorluğu ilə əməkdaşlıqdan imtina edib.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, müğənni təqsirsiz olduğunu bildirərək işə Barselona məhkəməsində baxılmasını istəyir.

Bununla belə, vəkillər məhkəməyədək prokurorluqla razılığa gəlmənin mümkün olduğunu bildiriblər. Prokurorluq isə işi hələ məhkəməyə göndərməyib.

Şakira mətbuata açıqlamasında bildirib ki, qastrollar zamanı əldə etdiyi gəlirdən İspaniyada 17,2 milyon avro vergi ödəyib və bu ölkəyə heç bir borcu yoxdur.

Prokurorluq isə məşhur müğənninin 2012-2014-cü illər üzrə 14,5 milyon avronu vergidən gizlətdiyini iddia edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->