Misirdə keçirilmiş Qahirə Beynəlxalq Film Festivalının bağlanış mərasiminə transparan libasla qatıldığı üçün aktrisa Rania Yusifə qarşı cinayət işi açılıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bir qrup vəkil Rania Yusifi hüquq normalarını pozmaqda, Misir xalqını aşağılamaqda və misirli qadınların adını ləkələməkdə ittiham ediblər.
Şikayətin ardınca hərəkətə keçən Misir Baş Prokurorluğu aktrisanın 12 yanvarda hakim qarşısına çıxaılmasına dair qərar qəbul edib.
İttihamlar məhkəmə tərəfindən qəbul edilsə, aktrisa 5 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Digər bir tərəfdən aktrisanın geyim seçimi Misir Peşəkar Sənətlər Həmkarlar Birliyini də hərəkətə keçirib.
Təşkilatdan verilən açıqlamada bildirilib ki, Qahirə Film Festivalında iştirak edən qonaqlardan bəzilərinin uyğunsuz geyimləri və davranışları narahatlıq doğurur: "Qonaqların bəzilərinin xarici görünüşü milli mentalitet və əxlaq dəyərləri ilə üst-üstə düşmür. Bu, festivalın imicinə və iştirakçıların davranışlarına görə məsuliyyət daşıyan qurumumuzun da nüfuzuna xələl gətirib".
Misir Peşəkar Sənətlər Həmkarlar Birliyidən aktrisa Rania Yusifin barəsində davranışlarına görə cinayət işi qaldırılacağı bildirilib.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!
Şərhlər