“Özümün və haqsızlığa düçar olmuş sənət yoldaşlarımın yaşadıqlarının cavabını mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin və onun müavini Ədalət Vəliyevin cavab vermələrini tələb edirəm”.
Bunu AzNews.az-a açıqlamasında Azərbaycanın əməkdar artisti, Akademik Milli Dram Teatrının aktyoru Əli Nur deyib.
O, bildirib ki, baş verənlərlə bağlı həmkarları ilə birgə mətbuat konfransı keçirəcək: “Haqsızlığa düçar olmuş bütün sənət adamlarını mətbuat konfransında iştirak etməyə dəvət edirəm”.
Ə.Nur bildirib ki, mətbuat konfransında qaldırılan məsələlərlə əlaqədar Prezidenti İlham Əliyevə də müraciət ediləcək.
Qaynar.info
Şərhlər