Xəbər lenti

Video 15:24 26.09.2019

Aktyorun acınacaqlı həyat hekayəsi: “Hələ də ət yeyə bilmirəm” (VİDEO)

ARB TV-nin "Elgizlə İzlə” verilişində aktyor Ramin Abdullayev haqqında süjet yayımlanıb.

Qaynarinfo xəbər verir ki, çətin həyatından danışarkən aktyorun gözləri dolub:

"Evin sonbeşiyi mənəm. Nadinc, dəcəl əslində isə ən çox çətinliyə düşən də mən oldum. O vaxt ət almağa imkanımız çatmırdı. Hələ də ət yeyə bilmirəm. O vaxtlar çox əziyyət çəkmişəm. Onu sözlə ifadə edə bilmirəm. Maşın yumuşam, su satmışam. 9-cu sinifdən artıq məni məktəbdən çıxartdılar, oxumurdum, çünki oxuya bilmirdim, işləyirdim. 15 yaşımda uşaq yelləncəklərinə minirdim. Mənə deyirdilər ki, yekə oğlansan ayıbdır, uşaq yelləncəklərinə minmə. Deyirdim ki, mən uşaq vaxtı bunu yaşaya bilməmişəm. Atam yox idi, anam da quru maaşla bizə baxırdı. Məktəb ləvazimatlarımı, paltarlarımı özüm alırdım”.

Aktyorun acınacaqlı HƏYAT HEKAYƏSİ: "Hələ də ət yeyə bilmirəm"

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?