Dünya 09:10 15.12.2019

Albaniyada zəlzələyə görə 17 nəfər barəsində həbs qərarı çıxarıldı

Albaniyada baş verən zəlzələdən sonra 17 nəfər barəsində həbs qərarı çıxarılıb.
 
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, həmin şəxslər "vəzifədən sui-istifadə etmə", "cinayətə təşəbbüs" və "adam öldürmə" maddələri ilə ittiham edilirlər. İstintaqın gedişi zamanı dağılan binaların tikintisində iştirak edən inşaat mühəndislərinin və mülk sahiblərinin təhlükəsizlik qaydalarına və tikinti standartlarına riayət etmədikləri məlum olub. Artıq 9 nəfər saxlanılıb. Onlardan 2-nin 4 nəfərin həyatını itirdiyi dağılmış hotellərin sahibi olduğu deyilir. Digər bir nəfər isə yüksək rütbəli polis məmurunun öldüyü polis istirahət mərkəzinin rəhbəridir.
 
Məlumata görə, barəsində həbs qərarı çıxarılan 17 nəfərdən bəziləri zəlzələdən sonra ölkədən qaçıblar.
 
Camal