"Birinci növbədə əkin və turizm yerləri minalardan təmizlənməlidir".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib. Onun sözlərinə görə, Azərbaycan dövləti bu prosesi sürətlə həyata keçirməyə çalışır:
"Hesab edirəm ki, bu yaydan başlayaraq vətəndaşların Suqovuşana qayıdışı başlayacaq. Onun ardınca isə Şuşa və Hadruta. Dövlətimiz çalışır ki, qısa müddətdə bu proses həll olunsun. Birinci növbədə minalar təmizlənməli, yollar bərpa olunmalı, elektrik enerjisi çəkilməlidir. Artıq Şuşaya elektrik enerjisi verilib, yol çəkilir. Kəlbəcərə yol çəkilişinə başlanılıb, ərazilər minalardan təmizlənir. Ağdam və Füzulidə xeyli ərazidə taxıl əkilib. Bu işlər görülür".
Emin Həsənli şəhər və qəsəbələrin bərpası üçün baş planların hazırlandığını vurğulayıb:
"Bu planlar paralel olaraq həyata keçilirir. Ali Baş Komandan dəfələrlə çıxışında bəyan edib ki, Qarabağı cənnətməkana çevirəcəyik".
Bahar Rüstəmli
Şərhlər