Ölkə 18:14 13.01.2021

Ali Məhkəmə “Lider TV” ilə bağlı qərar verəcək

"Lider TV və Radio-Azərbaycan” MMC müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı məhkəmə qərarından kassasiya şikayəti verib.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, hakim Kəmalə Abıyevanın icraatında olan şikayət üzrə proses yanvarın 17-dək təxirə salınıb.

Qeyd edək ki, Bakı Kommersiya Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin iddiasına əsasən, "Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qətnamə çıxarıb.

Qətnaməsən verilən şikayəti Bakı Apelyasiya Məhkəməsi təmin etməyib.

"Lider TV və Radio-Azərbaycan” MMC 1998-ci ildə qeydiyyatdan keçib. Şirkətin nəzdində "Lider TV" (1 sentyabr 2000-ci ildən), həmçinin "Radio Lider" fəaliyyət göstərir.