Avqustun 23-ü saat 17.00-a olan məlumata əsasən, ali təhsil müəssisələrinə qəbul olunanların 89%-i, (o cümlədən dövlət sifarişi əsasında qəbul olunanların 97%-i) qeydiyyatdan keçiblər.
Dövlət İmtahan Mərkəzindən Qaynarinfo-ya verilən məlumata görə, birinci mərhələdən sonra ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 27-dək davam edəcək.
Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı bu gün başlayıb və sentyabrın 2-də bitəcək.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.
Şərhlər