Xəbər lenti

Alimdən təhlükəli proqnoz: Bəşəriyyətin sonu yaxınlaşır
Dünya 12:37 05.06.2019

Alimdən təhlükəli proqnoz: Bəşəriyyətin sonu yaxınlaşır

Avstraliyalı alim Kris Berri bəşəriyyətin sonu barədə hesabat yayımlayıb.

Qaynarinfo Independent-ə istinadən xəbər verir ki, mətndə növbəti onilliklərdə baş verəcək fəlakətlər barədə xəbərdarlıq edilir. Dünyadakı vəziyyətin əsas səbəbləri iqlim dəyişikliyi, hökumətlərin fəaliyyətsizliyi nəticəsində yaranan sosial-iqtisadi böhran göstərilib. Proqnoza görə, 2030-cu ilə qədər temperatur sənaye dövrü ilə müqayisədə 3, 2100-cü ildə isə 5 dərəcə yüksək olacaq. 4 dərəcə qlobal istiləşmə belə dünya və canlı mühitə dağıdıcı təsir göstərəcək, buzlaqlar əriyəcək. Neft və qaz istehlakı azaldılmasa, 2030-cu ildə hava çirkliliyi pik həddə çatacaq. Berriyə görə, Amazon meşələri quraqlıq səbəbindən ciddi itkiyə məruz qalacaq, Şimali Amerika, Asiya, Meksika, Mərkəzi Asiyanı quraqlıq, su səviyyəsinin azalması, təbii fəlakətlər, meşə yanğınları, sel təhlükəsi gözləyir. 

Temperaturun yüksəlməsi insanların isti ölkələrdən kütləvi köçü ilə, yəni qaçqınların sayının kəskin artması ilə nəticələnəcək.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->