Alimlər: Buzsuz Arktika dünyanı fəlakətlə təhdid edir

Alimlər: Buzsuz Arktika dünyanı fəlakətlə təhdid edir

Phys.org-un məlumatına görə, Finlandiyanın Oulu Universitetinin tədqiqatçıları 2018-ci ildə Avropanın cənubunda üzüm məhsulunda fəlakətli itkilərə səbəb olan güclü qar yağışının səbəblərini araşdırmaq üçün araşdırma aparıb.

Qaynarinfo xəbər verir ki, araşdırmalar nəticəsində hadisənin səbəbinin Arktikadakı buz miqdarının azalması olduğu ortaya çıxıb.

"Buzun 50% azalması qışda güclü şəkildə buxarlanmağa başlayan buzsuz su sahəsinin artmasına səbəb oldu... Arktikanın cənubundakı atmosfer buxarının xüsusiyyətləri mənbəyinin Barents dənizinin açıq səthi olduğunu göstərir", - araşdırmada deyilir.

Alimlər Cənubi Avropada güclü qar yağmasına səbəb olan bu "əlavə", buxarlanmış suyun olduğunu qeyd ediblər.

Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR