Xəbər lenti

Alimlər dildə B12 vitamini çatışmazlığından danışdı - Əlamətlər
Sağlamlıq 15:15 02.07.2021

Alimlər dildə B12 vitamini çatışmazlığından danışdı - Əlamətlər

B12 vitamini DNT sintezi üçün çox vacibdir və çatışmazlığı düzgün olmayan pəhriz, otoimmun xəstəliyi və ya bəzi dərmanların həddindən artıq istifadəsi səbəbindən baş verə bilər.

Qaynarinfo xəbər verir ki, bu haqda ingilis "Express” qəzeti Milli Sağlamlıq İnstitutuna (NIH) istinad edərək yazıb.

"B12 vitamini çatışmazlığının fərqli bir yan təsiri, anormal dərəcədə yüksək qırmızı qan hüceyrəsi sayı ilə xarakterizə olunan meqaloblastik anemiyadır. Bu vəziyyət, dildəki kiçik qabarıqlıqlar (papillae) yox olmağa başladığı zaman atrofik qlossitə səbəb ola bilər”, - deyə qəzet yazır.

Dil bu vəziyyətdə hamar, parlaq görünür.

İnstitut B12 vitamininin balıq, ət, quş əti, yumurta və süd məhsulları daxil olmaqla heyvan məhsullarında olduğunu qeyd edib.

Bu vitamini əldə etməyin başqa bir yolu özü və multivitaminlərlə xüsusi əlavələrini qəbul etməkdir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->