Xəbər lenti

Alimlər koronavirus peyvəndinin yan təsirlərindən danışdılar
Dünya 10:44 16.07.2020

Alimlər koronavirus peyvəndinin yan təsirlərindən danışdılar

Eksperimental koronavirus peyvəndi tətbiq etdikdən sonra ümumi yan təsirlər kimi orqanizmdə yorğunluq, titrəmə, baş ağrısı və əzələ ağrıları baş verir. 

Qaynarinfo xəbər verir ki, bu sözləri peyvənd hazırlamaqla məşğul olan bir Amerikan şirkətinin alimləri deyib. Nəticələr "New England Medicine Journal”da dərc edilib.

Beləliklə, araşdırmada 18 yaşdan 55 yaşa qədər 45 sağlam könüllü iştirak edib. Hər kəs üç, 25, 100 və 250 mikroqramdan ibarət peyvənd dozası alıb. 
Peyvənd tədqiqatın erkən mərhələsində güclü immunitet reaksiyası göstərib, lakin dörd həftə sonra ikinci bir doza tələb olunub. Bundan sonra peyvənd bütün könüllülərdə güclü immun cavab doğurub. Üstəlik, üzərində sınaq keçirilənlərin yarısında yüngül və ya orta dərəcədə yan təsirlər olsa da, tez də aradan qalxıb.

Qeyd edək ki, iyulun 27-də Amerika alimləri 87 yerdə 30 min könüllüün iştirakı ilə sınaqların üçüncü mərhələsinə başlamağı planlaşdırır.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->