Xəbər lenti

Alimlər
Dünya 19:20 26.01.2022

Alimlər "omikron"un müalicəsinə yarayan 8 dərmanın adını açıqladı

Koronavirusun yeni variantı insan orqanizminin bütün hüceyrələrində rast gəlinən "interferon reaksiyası”nın yatırılmasına xüsusilə həssasdır.

Qaynarinfo xəbər verir ki, Frankfurt Höte Universiteti və Kent Universitetinin alimləri Omikron ştammının müalicəsində hansı antiviral dərmanların təsirli olduğunu öyrəndikləri bir araşdırma aparıblar.
 
Bu barədə Cell Research nəşri məlumat yayıb.

Omikronun digər suşlarda artıq istifadə edilən səkkiz antiviral dərmana və kovidin müalicəsi üçün namizəd dərmanlara qarşı həssas olduğu bildirilir. Onların arasında remdesivir, favipravir, ribavirin, nafamostat, aprotinin, kamostat, EIDD-1931 (molnupiravirin aktiv metaboliti) və PF-07321332 (nirmatrelvir, paxlovidin aktiv maddəsi) var.

Digər məsələlərlə yanaşı, elm adamları niyə "omikron"a yoluxmuş xəstələrin xəstəliyin ağır formasını daha az keçirdiklərini izah ediblər. Onların fikrincə, bu, koronavirusun yeni versiyasının insan orqanizminin bütün hüceyrələrində olan "interferon reaksiyası”nın boğulmasına xüsusilə həssas olması ilə bağlıdır.
Xatırladaq ki, Omikron ştamı ilk dəfə keçən il noyabrın sonunda Botsvana və Cənubi Afrikada aşkar edilib.

Bundan əvvəl Rospotrebnadzor Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Aleksandr Qorelov bildirib ki, əvvəllər koronavirusa yoluxmayan hər hansı bir şəxs Omikron ştammı ilə yoluxmağa meyllidir.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->