Dünya 11:26 06.05.2021

Alimlər Qara dəliyin ulduzları necə sürətlə toza çevirdiyini göstərdi (VİDEO)

Alman alimləri bənzərsiz astronomik hadisənin animasiyasını yaradaraq paylaşıblar.

Qaynarinfo xəbər verir ki, Deutsches Elektronen-Synchrotron (DESY) Hamburg hissəcik sürətləndirici laboratoriyasında araşdırma aparan alimlər Qara dəliyin ulduzları necə parçaladığını və toza çevirdiyini nümayiş etdiriblər. 

Bu fenomenə qabarma-çəkilmə hadisəsi deyilir və hansısa ulduz inanılmaz kütlləyə məxsus Qara dəliyin hadisələr üfüqünə kifayət qədər yaxın olduqda meydana gəlir. Qara dəliyin qabarma-çəkilmə gücü ulduzu parçalayır. Eyni zamanda, NASA-ya görə, Qara dəlik ulduz kütləsinin yalnız 1%-dən istifadə edir.

NASA-nın qeyd etdiyi kimi, belə bir astronomik fenomen tipik bir qalaktikada 10 min ildə bir dəfədən çox olmayaraq baş verir.
 
Alpər