Alimlər qaraciyər xərçəngi təhlükəsini iki dəfə azaldan içkinin adını açıqladı

Alimlər qaraciyər xərçəngi təhlükəsini iki dəfə azaldan içkinin adını açıqladı

Kofe qaraciyər xərçəngi ehtimalını 50% azaldır.

Qaynarinfo xəbər verir ki, bu barədə Belfast Queen Universiteti araşdırma aparıb. Tədqiqat 472 min nəfərin iştirakı ilə 7 il davam edib. İştirakçıların 75%-dən çoxu daimi kofe içən şəxslər olub. 

Müşahidələr zamanı 3,5 mindən çox insanda bədxassəli şişlər aşkarlanıb. Şişlər 88% halda qaraciyərdə ən çox rast gəlinən xərçəng növü hepatosellular karsinoma olub. 

Tədqiqatın nəticəsinə görə, şiş yaranma təhlükəsi kofe içən şəxslərdə 50% azalıb. Buna səbəb kofenin tərkibindəki kofein və antioksidantlardır. 

Alimlər vurğulayıb ki, kofe ilə yanaşı, sağlam həyat tərzi də onkoloji xəstəliklərin yaranma təhlükəsini azaldır. Siqareti tərgitmək, spirtli içki qəbulunu azaltmaq, çəki itirmək qaraciyər və orqanizm üçün kofedən daha faydalıdır.  

Gülşən
XƏBƏRLƏR
BLOGLAR