Alimlər təcrübə apardı: plastmasın beyin hüceyrələrinə təsiri məlum oldu

Alimlər təcrübə apardı: plastmasın beyin hüceyrələrinə təsiri məlum oldu

Almaniyanın Bayroyt Universitetinin mütəxəssisləri plastmas oyuncaqların və məişət əşyalarının insan beyni üçün təhlükəli olduğunu bildirib. 

Qaynarinfo xəbər verir ki, alimlər bu fikrə bir təcrübə apararaq gəliblər. Təcrübənin nəticələri "Communications Biology” jurnalında nəşr olunub.

Plastik məhsullarda olan plastikləşdiricilər beyində siqnal ötürülməsini pozur və sinir şəbəkələrinə mənfi təsir göstərir. Məlumatlar balıqlar üzərində aparılan sınaqlardan sonra təsdiqlənib.

Bir ay ərzində balıq beyinləri BPA (bisfenol A) və BPS (bisfenol S) ilə qarşılaşdırılıb. Hər iki plastifikator da plastik qablarda, uşaq oyuncaqlarında və digər məhsullarda geniş istifadə olunur. Balıqlarda akustik və vizual stimullardan məsul olan siqnalların ötürülməsi prosesi pozulub. Bu siqnallara balıqların təhlükəyə reaksiya göstərmək və yırtıcılardan qaçmaq üçün ehtiyacları var. Dayanma və həyəcan sinir reaksiyaları pozulub. 

Tədqiqatın aparıcı müəllifi Elizabet Şirmerin sözlərinə görə, bundan sonra balıqların bir çox həyati funksiyası pozulub. Alimlər insan beyninə təsirlərin oxşar olduğuna inanırlar.

Alpər

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR