Xəbər lenti

Alimlər xərçəngə qarşı dərman kəşf etdi
Sağlamlıq 21:43 18.04.2019

Alimlər xərçəngə qarşı dərman kəşf etdi

Moskva Dövlət Universitetinin bir qrup mütəxəssisi qara qarışqaların bağırsaqlarında təbii antibiotik formalaşdıran bakteriyalar aşkar edib.

Qaynarinfo-nun "Trend"ə istinadən məlumatına görə, aparılan müşahidələr nəticəsində məlum olub ki, həmin bakteriyalar xərçəngə qarşı xüsusiyyətlərə malik nibomitsin antibiotikləri yaradır.

Nibomitsin ilk dəfə 1955-ci ildə aşkar olunsa da, bu təbii antibiotikin xüsusiyyətləri zəif öyrənilib. Bununla belə, bir sıra müşahidələr nəticəsində həmin maddənin ağciyərdə yeni yaranan xərçəng şişlərinin qarşısını aldığı məlum olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->