Xəbər lenti

Alimlər Yerdə 4,6 milyard il əvvəl bütün suyun yığıldığı yeri tapdı
Dünya 21:22 22.12.2025

Alimlər Yerdə 4,6 milyard il əvvəl bütün suyun yığıldığı yeri tapdı

Bir vaxtlar Yer kürəsi nəhəng maqma okeanı ilə örtülmüş, son dərəcə isti bir planet olub. Təxminən 4,6 milyard il əvvəl planetimiz formalaşarkən kosmos da sakit və əlverişli mühit olmayıb.

Qaynarinfo "Wionews”a istinadən xəbər verir ki, xaotik şərait və davamlı kosmik bombardmanlar Yer səthinin və daxili qatlarının uzun müddət ərzində demək olar tamamilə ərimiş vəziyyətdə qalmasına səbəb olub.

Bu isə mühüm bir sual doğurur: əgər maqma hər yeri örtmüşdüsə, bəs su harada idi? Yeni araşdırma göstərir ki, Yer suyu mantiyada yerləşən xüsusi bir mineralın daxilində gizlədib. Bu dövr ərzində ərimiş magma planetimizi alovlu bir sobaya çevirmişdi.

"Millionlarla il ərzində Yer ərimiş vəziyyətdə olan isti kosmik cisimdən sərin və sabit bərk planetə çevrildi. Okeanlar isə planetin daxilində gizlənmiş sudan qidalanaraq formalaşdı”, deyə materialda qeyd olunur.

Quançjou Geokimya İnstitutunun Çin Elmlər Akademiyasına (GIGCAS) bağlı professor Cjisyüe Du bu suyun harada saxlandığı sirrini açmağa çalışıb. Onun rəhbərlik etdiyi tədqiqat qrupu müəyyən edib ki, böyük həcmdə su Yer mantiyasının dərinliklərində faktiki olaraq "kilidlənmiş” vəziyyətdə olub. Mantiyada geniş yayılmış bir mineral planetin bərkiməsi zamanı mikroskopik "su konteyneri” rolunu oynayıb. Alimlərin tədqiqat nəticələri "Science” jurnalında dərc olunub.

Məhz bu cür nəhəng su anbarı Yer kürəsinin alovlu planetdən bu gün yaşadığımız, həyat üçün əlverişli dünyaya çevrilməsində həlledici rol oynayıb.

"Komanda əvvəlki nəzəriyyəni yoxlamağa qərar verdi. Həmin nəzəriyyəyə görə, Yer kürəsinin aşağı mantiyasında yerləşən bridjmanit mineralının aşağı temperatur şəraitində su saxlama qabiliyyəti məhduddur. Alimlər almaz preslərindən ibarət, lazerlə qızdırılan və yüksək temperaturda vizuallaşdırma aparmağa imkan verən eksperimental qurğu hazırlayıblar. Məqsəd 660 kilometrdən artıq dərinlikdəki ekstremal şəraiti təqlid etmək və bridjmanit nümunələrində suyun izlərini aşkar etmək idi. Temperatur mərhələli şəkildə təxminən 4100 dərəcə Selsiyədək qaldırılıb ki, bunun mineralların su udma qabiliyyətinə təsiri öyrənilsin”, deyə "Wionews” əlavə edir.

Simulyasiya göstərib ki, temperatur artdıqca bridjmanitin suyu "saxlama” qabiliyyəti də yüksəlir. Bu isə o deməkdir ki, Yer kürəsinin ən isti "maqmatik okean” mərhələsində bu mineral daha çox su saxlamaq üçün uyğunlaşıb.

"Maqmatik okean bərkiyəndən sonra aşağı mantiya bərk mantiya daxilində ən böyük su anbarına çevrildi. Zamanla bu su magmatik aktivlik vasitəsilə Yer səthinə çıxıb”, deyə nəşr izah edir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->