Xəbər lenti

"Neftçi" Premyer Liqada ardıcıl ikinci qələbəsini qazandı
Ölkə21:41 10.02.2026

"Neftçi" Premyer Liqada ardıcıl ikinci qələbəsini qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Misli Premyer Liqasının XIX turunda "Qəbələ"ni qəbul edən "Neftçi" qələbə qazanıb.
"Palms Sports Arena"da baş tutan matç "ağ-qaralar"ın 1:0 hesablı qələbəsi ilə bitib.
Qolu 12-ci dəqiqədə Emin Mahmudov vurub. Meydan sahibləri oyunu 10 nəfərlə başa vurub. 90+1-ci dəqiqədə Elvin Bədəlov ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.
Bu, baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında Bakı klubunun Premyer Liqada cari mövsüm ardıcıl ikinci qələbəsidir. Komanda ötən tur "Araz-Naxçıvan" kollektivini səfərdə 4:1 hesabı ilə məğlub etmişdi.
27 xala malik "Neftçi" turnir cədvəlində 7-ci pillədədir. "Qəbələ" isə 14 xalla 10-cudur.
Qeyd edək ki, XIX turun daha əvvəl keçirilən görüşlərində "Sabah" "Araz-Naxçıvan"ı (4:1), "Zirə" "Sumqayıt"ı (3:2), "Turan Tovuz" "Karvan-Yevlax"ı (1:0), "Qarabağ" "Şamaxı"nı (2:1) üstələyib, "İmişli" - "Kəpəz" görüşündə isə hesab açılmayıb.