Xəbər lenti

Alimlərdən yeni kəşf: Arı naviqatorlar
Texnologiya 17:10 20.06.2018

Alimlərdən yeni kəşf: Arı naviqatorlar

Massaçusets Texnologiya Universitetinin mütəxəssisləri arı boyda naviqator hazırlamağa müvəffəq olublar.

Qaynarinfo Engadget-ə istinadən xəbər verir ki, "Navion" adlı naviqator çipin ölçüsü 20 kvadrat millimetr, gücü isə 24 millivattdır. Naviqator arı ilə eyni ölçüyə sahib "drone"a yerləşə bilər. 

Çip əldə etdiyi informasiyanın ölçüsünü 2MB-dan 0,8MB-ya endirməyi bacarıb, həmçinin enerjiyə qənaət edə bilib. 

Lakin naviqator hələlik arı formasında "drone"a yerləşdirilməyəcək. MTU texnologiyanı miniatür yarış maşınında sınaqdan keçirəcək. Növbəti sınaq prosesi normal ölçülü "drone", daha sonra isə kiçik ölçülü "drone" vasitəsilə aparılacaq. 

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->