Alman klubu millimizin futbolçusu ilə yeni müqavilə bağladı

Alman klubu millimizin futbolçusu ilə yeni müqavilə bağladı

Almaniyanın "Ertsebirge" klubu Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovla yeni müqavilə imzalayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Aue təmsilçisinin rəsmi saytı məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi klubla 2023-cü ilin iyuluna kimi nəzərdə tutulan müqavilə bağlayıb. Klub həmçinin yarımmüdafiəçi Klemens Fandriçlə də müqaviləni eyni müddətə yeniləyib.

Qeyd edək ki, Nazarov 2016-cı ilin yayından "Ertsebirge"də çıxış edir. O, komandanın heyətində 97 oyun keçirib və 20 qol vurub. Nazarov cəzalı olduğu üçün Bəhreyn və Macarıstan kollektivləri ilə oyunları üçün Azərbaycan millisinə çağırılmayıb. 
XƏBƏRLƏR
BLOGLAR