Almaniya Federal Ali Məhkəməsi parlamentə rəsmi sənədlərə yeni cinsiyyət kateqoriyasının əlavə edilməsi üçün müraciət edib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, xromosom analizinə görə nə kişi, nə də qadın hesab edilən şəxslər üçün cinsiyyət bölməsində "digər" kateqoriyası göstəriləcək.
Rəsmilər ilin sonuna qədər bu qərarın qüvvəyə minəcəyini açıqlayıb.
Gülşən
Qaynarinfo.Az
Şərhlər