Xəbər lenti

Almaniya Səudiyyəyə silah satışını dayandıra bilər
Dünya 15:26 18.10.2018

Almaniya Səudiyyəyə silah satışını dayandıra bilər

Almaniyada Sol Partiyasının Federal Məclis qrupunun həmsədri Dietmar Bartş jurnalist Camal Qaşıqçının İstanbuldakı Səudiyyə konsulluğunda yoxa çıxmasından sonra Səudiyyə Ərəbistanına silah satışının dayandırılmasını istəyib.

Qaynarinfo xəbər verir ki, o, bu barədə Almaniyanın birinci kanalında çıxışı zamanı hökumətə çağırış edib. Jurnalistin konsulluqda yoxa çıxmasının qeyri-mümkün olduğunu bildirən Bartş Səudiyyə Ərəbistanının buna görə cəzalandırılmalı olduğunu söyləyib.

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də rəsmi sənədləşmə üçün konsulluğa gedib, lakin sonradan onun barəsində heç bir xəbər alınmayıb. Onun konsulluqda doğranılaraq Səudiyyə Ərəbistanına götürüldüyü iddia edilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->