Dünya 18:02 02.12.2020

Almaniyada faşist diktaturasını bərpa etmək istəyən qrup dağıdıldı

Almaniya Daxili İşlər Nazirliyi sağçı ekstremist "Wolfsbrigade 44” qrupunun fəaliyyətinə qoyulan qadağanı rəsmən elan edib. 
 
Qaynarinfo xəbər verir ki, bu ərəfədə KİV təhlükəsizlik qüvvələrinin qrupun qərargahına qarşı ölkənin müxtəlif bölgələrində həyata keçirdiyi genişmiqyaslı basqınlar barədə məlumat verib.

Məlumata görə, 11 nəfər qrup üzvü nəzarətə alınıb, soyuq silah və qadağan olunmuş ədəbiyyat ələ keçirilib.

Təqdim olunan qrupun əsas ideyası Almaniyada nasist diktaturasının bərpasıdır.
 
Alpər