Almaniyanın Vürselen (Şimali Reyn-Vestfaliya) şəhərindəki Reyn-Maas klinikasının 44 yaşlı tibb bacısı 9 xəstəni öldürməkdə və daha 34 nəfəri öldürməyə cəhddə ittiham olunub.
Qaynarinfo xəbər verir ki, müstəntiqlərin fikrincə, o, növbətçiliyi zamanı özü üçün "sakit gecəni" təmin etmək məqsədilə xəstələrə öldürücü dozada dərmanlar verib.
Şübhəli 2024-cü ilin iyulunda 11 adam öldürməyə cəhd ittihamı ilə həbs edilib. Lakin araşdırma zamanı məlum olub ki, tibb bacısının hərəkətləri bir sıra xəstələrin ölümünə səbəb olub.
Fevral ayında Axen prokurorluğu onu 5 qətldə və 25 adam öldürməyə cəhddə ittiham edib. Bu yaxınlarda ittihamlara daha 4 qətl və 9 adam öldürməyə cəhd də əlavə edilib.
Ayrı-ayrılıqda qeyd olunur ki, qurbanlar arasında təkcə palliativ yardım şöbəsində ölümcül xəstələr deyil, vəziyyəti yaxşılaşan insanlar da var - onlar artıq evə buraxılmağa hazırlaşırmışlar. Şübhəlinin iynəsindən sağ çıxanların bəziləri həddindən artıq dozanın ağır nəticələrinə məruz qalıb.
İstintaq tibb bacısının tibb müəssisəsində işlədiyi son üç il ərzində klinikada bütün ölüm hallarını yoxlamaqda davam edir. Ola bilsin ki, faktiki qurbanların sayı xeyli çox olsun.
Aydın
Şərhlər