Almaniyanın gələcək kansleri: “Həbsdə Navalnı deyil, onu zəhərləyənlər olmalıdır

Almaniyanın gələcək kansleri: “Həbsdə Navalnı deyil, onu zəhərləyənlər olmalıdır"

Almaniyadakı hakim Xristian Demokratik Birlik partiyasının yeni sədri Armin Laşet Rusiya müxalifət siyasətçisi Aleksey Navalnının müdafiəsinə qalxıb. Onun Angela Merkeli Almaniya kansleri olaraq əvəzi edəcək mümkün namizəd hesab edirlər.

Qaynarinfo xəbər verir ki, Laşet CDU Rəyasət Heyətinin iclası zamanı Rusiyanı Navalnının sərbəst buraxılmasına çağırıb.

"Biz Aleksey Navalnının dərhal sərbəst buraxılmasını dəstəkləyən federal hökumətin mövqeyini dəstəkləyirik. Navalnı yox, onun həyatına sui-qəsd edən cinayətkarlar həbsdə olmalıdır”, - Laşet deyib və Almaniyanın Rusiyadan tam bir araşdırma gözlədiyini və cinayətkarları dəmir barmaqlıqlar arxasına salacağını da sözlərinə əlavə edib.

Bundan əvvəl Almaniya Xarici İşlər Nazirliyi Navalnının dərhal sərbəst buraxılması tələbi ilə Rusiya hakimiyyətinə müraciət etmişdi.
 
Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR