Alp dağlarının Simplon aşırımında təyyarə qəzası baş verib.
Qaynarinfo xəbər verir ki, bu barədə yerli polis təşkilatı məlumat yayıb.
İtaliya istiqamətində uçan yüngül mühərrikli təyyarə "Piper" aşırıma düşüb və yanmağa başlayıb. Nəticəsə pilot və iki sərnişin həlak olub. Ölənlərdən birinin uşaq olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Şərhlər