Xalq artisti Amaliya Pənahovanın qəbirüstü abidəsinin hələ də qoyulmaması barədə yazılan xəbərlər sənətkarın oğlu İlqar Muxtarovun narazılığına səbəb olub.
İ.Muxtarov ölkə.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, indidən sonra bu barədə yazmağı jurnalistlərə qadağan edir:
"Yalandır, hamısı yalandır. Bilmirəm, kimə maraqlıdır bu məsələ? Bu, etik söhbət deyil, qardaşım. Yazın ki, belə şeylər etikadan kənardır. Bundan sonra heç kimə bu barədə yazmağa icazə vermirəm. O məlumatı haradan götürüb yazıblar?"
Qeyd edək ki, xalq artisti Amaliya Pənahova 8 noyabr 2018-ci ildə vəfat edib.
Şərhlər