Xəbər lenti

Şamaxı Rəsədxanası: Bu gün Geomaqnit sahəsində qasırğa gözlənilir
Ölkə07:18 20.02.2023

Şamaxı Rəsədxanası: Bu gün Geomaqnit sahəsində qasırğa gözlənilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son 24 saat ərzində Günəş fəallığı zəif olub. Hesabat dövründə maksimum fəallıq 19 fevral saat 12:17-də 3226 oblastında baş vermiş C 6.8 sinifli alışma olub.
Şamaxı Astrofizika Rəsədxanasından Qaynarinfo-ya verilən xəbərə görə, Günəşin səthində 7 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı isə 112-dir. Alışmalara bağlı olan CME-lər (Caronal Mass Ejections - Tac Kütlə Atılmaları) qeyd olunsa da, Yerə doğru yönəlməsi gözlənilmir. Hazırda Günəşin səthində tac dəlikləri müşahidə olunur.
Geomaqnit sahəsinin maksimum fəallığı 18 fevralda 5Kp-ə kimi artaraq G1 səviyyəli qasırğa qeydə alınıb. Hal-hazırda isə Geomaqnit sahə sakitdir (1Kp).
Geomaqnit sahəsinin fəallığı fevralın 17-də Günəşi tərk etmiş CME səbəbilə 20 fevralda Geomaqnit sahəsində G1-G2 səviyyəli qasırğa gözlənilir. 21 fevralda bir qədər sakitləşmiş Geomaqnit sahəsinin 22 fevralda müsbət qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) səbəbilə yenidən aktivləşəcəyi gözlənilir.