Xəbər lenti

Texnologiya 12:14 25.06.2018

"Amazon" kosmosa bilet satışına başlayacaq

"Amazon" şirkətinin kosmik turizmlə məşğul olacaq "startup" layihəsi "Blue Origin" 2019-cu ildə kosmosa bilet satışına başlayacaq. 

Qaynarinfo Gizmodo-ya istinadən xəbər verir ki, bu barədə "Blue Origin"in vitse-prezidenti Rob Meyerson məlumat verib. O, tezliklə ilk sərnişini yola salmağa hazırlaşdıqlarını, biletlərin 2019-cu ildə satışa çıxarılacağını deyib. Bilet qiyməti barədə açıqlama verilməyib, lakin bir nəfər üçün məbləğin 50 min-250 min dollar arasında olacağı təxmin edilir.

Səyahət "New Shepard" kapsulası vasitəsilə həyata keçiriləcək. "New Shepard" "NASA"-nın "Mercury" kapsulasından 10 dəfə böyükdür. Səyahət Yer atmosferi ilə kosmosu ayıran Karman xəttinə qədər nəzərdə tutulub, daha sonra isə paraşütlə Texas səhrasına eniş həyata keçiriləcək. 

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->