Azərbaycan Milli Elmlər Akademiyasında ixtisarlar aparılır.
Qaynarinfo yenicag.az-a istinadən xəbər verir ki, bu ilin sentyabr ayından başlayaraq AMEA-nın müxtəlif institutlarında işçilər ixtisar edilir.
Mənbəmizin verdiyi məlumata görə, işçilərin işdən çıxarılması demək olar ki, bütün institutları əhatə edir.
Bundan əlavə AMEA-da bir neçə institutun da ləğv edilərək, digərləri ilə birləşməsi söhbətləri yayılıb. Bir-birinə yaxın, törəmə institutlar ləğv ediləcək və digər institutlara birləşdiriləcək. Bu zaman isə ləğv edilmiş institutun texniki və bəzi işçiləri işini itirəcək.
Məlumata görə, AMEA bu addımı atmaqla əlavə xərclərdən qurtulmağı hədəfləyir.
Şərhlər