Dünya 09:41 26.11.2020

Amerika bu iki ölkəyə sanksiya tətbiq edəcək

ABŞ Rusiya və Çinin dörd təşkilatına qarşı İranın nüvə proqramına yardımı ittihamı ilə sanksiya tətbiq edəcək.

Qaynarinfo xəbər verir kli, bu barədə "Reuters” agentliyi məlumat yayıb.

ABŞ-ın İran və Venesuela üzrə xüsusi nümayəndəsi Eliot Abramsın sözlərinə görə, sanksiyalarla bağlı müvafiq qərar noyabrın 25-də qəbul ediləcək.

O, qeyd edib ki, Vaşinqton İrana təzyiq göstərməyə davam edəcək. E.Abrams, həmçinin dekabr və yanvar aylarında Tehrana qarşı sanksiyaların genişləndiriləcəyini diqqətə çatdırıb.