Ölkə 10:37 05.03.2021

Amerikada xəstəxanaya yerləşdirilən Azad Rəhimovdan xəbər var

Hazırda ABŞ-da müalicə olunan Gənclər və İdman Naziri Azad Rəhimov yaxın günlərdə Bakıya qayıdacaq.

Bu barədə "Report"un sualına cavab olaraq, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov açıqlama verib.

O bildirib ki, ötən gün Azad Rəhimovla danışıb və hazırda nazirin səhhəti yaxşıdır: "Heç bir problem yoxdur. Yəqin ki, yaxın günlərdə Bakıya qayıdacaq".