Xəbər lenti

Ana hər kəsin önündə qızını vəhşicəsinə döydü (VİDEO)
Video 15:13 06.10.2018

Ana hər kəsin önündə qızını vəhşicəsinə döydü (VİDEO)

Ana 35 yaşlı qızını kənd camaatının gözü qarşısında vəhşicəsinə döyüb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Qvuatemalanın San Antonio kəndində baş verib. Buna səbəb Tomosa Tsok Tipaz adlı qadının kənddəki mağazaların birindən oğurluq etməsi olub.
 
Qızın anasından sonra isə kəndin bələdiyyə sədri Marika Lukas qadını şallaqlayıb. Kənd sakinləri oğurluq etdiyi üçün qadını qınaq atəşinə tutub, bəziləri isə hadisəni mobil telefonları vasitəsilə çəkiblər.

Cəzadan sonra isə 35 yaşlı qadın ağlaya-ağlaya ayağa qalxaraq anasını qucaqlayıb. Ona bu cəza yerli məhkəmə tərəfindən verilib.

Oğurluqda şübhəli bilinən digər 2 nəfər isə həbs olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->