Xəbər lenti

Ölkə 21:36 25.02.2018

"Ana harayı" abidəsi ziyarətə hazırdır (VİDEO)

Xocalı soyqrımının 26 il dönümü ilə əlaqədar "Ana harayı" abidəsinin yerləşdiyi parkda abadlıq işləri yekunalşıb. Park-xiyaban ziyarətçiləri qəbul etmək üçün hazırdır.

Qaynarinfo xezerxeber-ə istinadən bildirir ki, artıq bu gündən insanlar "Ana harayı" abidəsinin qarşısına gələrək Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edirlər.

Qeyd edək ki, sabah şəhərin bir sıra istiqamətlərində nəqliyyat vasitələrinin hərəkəti tamamilə məhdudlaşdırılacaq.

Xocalı soyqırımına həsr olunan "Ana harayı" abidə kompleksi 1993-cü ildə inşa edilib. Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar abidəni minlərlə insan ziyarət edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->