Siyasət 13:56 09.12.2019

Anar Əsədlinin millət vəkilliyinə namizədliyi ilə bağlı təşəbbüs qruipu yaradıldı (MÜRACİƏT)

Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzinin (QASİM) sədri Anar Əsədlinin millət vəkilliyinə namizədliyinin irəli sürülməsi ilə bağlı  125 saylı Zəngilan-Qubadlı dairəsindən bir qrup ziyalı və tanınmış şəxs təşəbbüs qrupu yaradıb.

Qaynarinfo-nun verdyi xəbərə görə, Təşəbbüs qrupu məsələ ilə bağlı 125 saylı dairənin seçicilərunə müraciət ünvanlayıb.

Həmin müraciəti təqdim edirik:

"Əziz qubadlılar və zəngilanlılar!

Ölkəmiz növbədənkənar parlament seçkiləri ərəfəsindədir. Dünyada və bölgəmizdə cərəyan edən siyasi proseslərə azacıq diqqət etdikdə, bu seçkilərin nə qədər taleyüklü bir hadisə olduğunu görmüş oluruq. Belə bir tarixi  məqamda məsuliyyətli və doğru seçim etmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur. 1993-cü ildən Bakıda və respublikanın digər bölgələrində məcburən məskunlaşmış qubadlılar və zəngilanlılar da ölkənin taleyüklü məsələlərinə münasibətdə hər zaman örnək vətəndaş mövqeyi ortaya qoymuşlar. 9 fevral 2020-ci ildə nəzərdə tutulmuş növbədənkənar parlament seçkilərində də qubadlılar və zəngilanlılar hər zaman olduğu kimi yenidən sağlam mövqelərini bir daha ortaya qoyaraq, növbəti Milli Məclisdə ən layiqli nümayəndəsi ilə təmsil olunmaq fikrində və əzmindədir. Biz qubadlılar və zəngilanlılar olaraq, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən Anar Əsəd oğlu Əsədli ilə təmsil olunmaq fikrindəyik. 

Zəngilanın köklü ailələrindən biri olan Əsəd Əsədovun ailəsində doğulan Anar Əsədli çox gənc yaşlarından intellekti, vətənpərvərliyi, ictimai fəallığı, hüquqi savadı, siyasi təfəkkürü və milliyyətçiliyi ilə parlayan Azərbaycan gənclərindən biri olmuşdur. Ölkəni beynəlxalq arenada layiqincə təmsil etmiş, qeyri-hökumət təşkilatının rəhbəri olaraq,  bir çox uğurlu layihələrə imza atmışdır. Qarabağ, konkret olaraq Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə tanıdılmasında və qəbul edilməsində bir çox konfransların təşkilatçısı olmuş və bu sahədə ciddi mütəxəssislərdən biridir. Anar Əsədlinin respublika səviyyəsində tanınması, ölkəmizin həyatındakı kifayət qədər ictimai siyasi aktivliyi, biz qubadlılar və zəngilanlılarda onun gələcək siyasi fəaliyyəti üçün ciddi inam yaratmışdır. Anar Əsədlinin Azərbaycanın ictimai siyasi həyatında aktivliyi və vətənpərvərliyi eyni zamanda dairəmizdə də iqtisadi və sosial problemlərin həllinə yönəlik ciddi töhvələr verəcəyi inamını yaradır. Bütün bunları nəzərə alaraq, aşağıda sadalanan şəxslər, Anar Əsəd oğlu Əsədlinin 125 saylı Zəngilan-Qubadlı dairəsindən namizədliyinin irəli sürülməsi ilə bağlı təşəbbüs göstərir və bütün seçicilərimizi bizə dəstək olmağa çağırırıq.

Əşrəf Şükürov- Zəngilan rayon veteranlar şurasının sədri

Şərif Bəşirov – ağsaqqal
Famil Abdullayev - ağsaqqal
Məhəmmədəli Qarayev- ağsaqqal
Yavər Məcidov- ehtiyatda olan hərbçi
Baba Alışov – ağsaqqal
Məzahir Qocayev – həkim
Azər Qocayev – ziyalı
Şura Sayılova- ağbirçək, ziyalı
Solmaz Əliyeva – müəllimə
Xəzəngül Nəsirova – müəllimə
Gülarə Ələkbərova – müəllimə
Sahibə Qulubəyli- müəllimə
Nahidə Rəsulova - müəllimə
Gülnar Rəsulova -SOCAR (ARDNŞ) əməkdaşı
Fəxrəddin Təhməzov – Müəllim
Ağaverdi Nəsirov – müəllim
Nail İsmayılov – Qarabağ qazisi
Hicran Quliyeva - sahibkar
Əli Həsənov – Ziyalı
Vidadi Bəxtiyarov - Ziyalı
Möhübbət Qurbanov – Ziyalı
Davud Cəfərov-  ziyalı
Rəşad Şükürov -  Bank əməkdaşı
Aqil Dadaşzadə - ehtiyatda olan zabit, hüquqşünas
Səbuhi Zamanov- müharibə veteranı
Zaur Nəcəfzadə - sahibkar
Natiq Namazov-iş adamı
Elçin Yaqubov – dövlət məmuru
Sərdar Məcidov – iş adamı
Seyid Faiq Əhmədov
Nicat Ağazadə - kiçik sahibkar
Saleh Həsənov – İnsan resursları üzrə mütəxəssis
Abbas Cəfərov – tələbə