Maqazin 14:12 12.04.2019

Ancelina Coli Bred Pitlə barışmaq istəyir

Amerikalı aktrisa Ancelina Coli keçmiş həyat yoldaşı Bred Pitlə barışmaq istəyir.

Qaynarinfo xəbər verir ki, bu barəd "The Sun" nəşri iddia irəli sürüb. Məlumatda Ancelina Colinin barışmaq niyyəti olduğu üçün boşanma prosesini uzatdığı bildirilir. Pitt isə bu məsələyə isti yanaşmır.

Ancelina Coli və Bred Pittin boşanma prosesi 2016-cı ildən bəri davam edir. Keçmiş cütlüyün 6 övladı var və ötən ilin sonlarında uşaqların kimdə qalması barədə razılıq əldə edilib. 

Qeyd edək ki, Coli və Pittin münasibəti 2005-ci ildə başlayıb və 2014-cü ildə rəsmi nikahla yekunlaşıb. 

Gülşən