Xəbər lenti

Andrey Şelyuq: “Biznesimizi tamamilə SOCAR-ın yanacaqları üzərində qurmağa hazırıq”
Foto 15:52 25.12.2018

Andrey Şelyuq: “Biznesimizi tamamilə SOCAR-ın yanacaqları üzərində qurmağa hazırıq”

Ukraynanın NIKO konserninin İdarə Heyətinin sədri Andrey Şelyuqun "Report”a müsahibəsi: 

- NİKO konserni "SOCAR Ukraine” ilə nə vaxtdan əməkdaşlıq edir? Şirkətiniz bu əməkdaşlığı necə qiymətləndirir?
- Korporativ səviyyədə NIKO Şirkətlər Qrupu "SOCAR Ukraine" ilə 4 ilə yaxındır əməkdaşlıq edir. Bu gün NIKO-nun özündə nəqliyyat və logistika şirkətlərini, eləcə də diler mərkəzlərini cəmləşdirən biznesinin bütün istiqamətləri SOCAR-ın yanacaq xidmətinə yönəldilib. Bu qərar, ilk növbədə, şirkətin özünü zəruri hallarda müştərinin sorğusuna tez cavab verən etibarlı və məsuliyyətli tərəfdaş kimi göstərməsinə görə qəbul edilib. "SOCAR Ukraine"də həmişə dəqiq, çox ətraflı olan, ay bitən kimi sonrakı gün hazır olan hesabata məsuliyyətlə yanaşmaları çox vacibdir. Bir çox yanacaq şirkətləri ilə əməkdaşlıq təcrübəmizdə ilk dəfə belə operativ hesabat sistemi ilə qarşılaşırıq.

- "SOCAR Ukraine”dən aldığınız məhsulun keyfiyyəti necədir?
- Həmçinin SOCAR bizim üçün satılan yanacağın yüksək keyfiyyətli olmasına görə qiymətlidir. Əməkdaşlığımız müddətində heç vaxt SOCAR-dan alınan məhsulun keyfiyyəti ilə bağlı iradımız olmayıb. NIKO Şirkətlər Qrupu "Volvo", "Mercedes-Benz", "Renault" kimi dünya brendləri ilə əməkdaşlıq edir. Bu yük avtomobilləri üçün "Euro-6” standartına cavab verən çox yüksək keyfiyyətli yanacaq tələb olunur ki, SOCAR da bizi bununla təmin edir.



- SOCAR yanacaqdoldurma məntəqələrində avtomobillərə vurulan yanacağın keyfiyyəti Sizi qane edirmi?
- Öz şəxsi avtomobilimə də SOCAR-ın yanacaqdoldurma məntəqələrində yanacaq vururam, bu da loyallığımı göstərir. Bundan əlavə, bir tərəfdaş kimi SOCAR-a olan etibar elə artıb ki, genişmiqyaslı biznesin rəhbəri kimi, mən tərəfdaşlarıma bu şirkəti məsləhət görürəm və ona zəmanət verirəm.

SOCAR stansiyalarında təqdim edilən məhsulların geniş çeşidi barədə söyləməmək olmur. Orada premium keyfiyyətli məhsullar təqdim olunur, buna görə də müəyyən növ məhsulları məhz bu şəbəkədən almağa qərar vermişik. İndi onlar arasında ən yüksək keyfiyyətli yağlar var.

- Gələcəkdə SOCAR ilə əməkdaşlığınızı necə və hansı istiqamətlərdə görürsünüz?
- İldən-ilə əməkdaşlığımızın miqyasının artması və genişlənməsi xoşdur. Məsələn, bu il NIKO və "SOCAR Ukraine" bir neçə obyektimizə təbii qaz çatdırılması ilə bağlı saziş imzalayıb.

Deyərdim ki, "SOCAR Ukraine" şirkətinin yeganə mənfi tərəfi şəbəkə şaxələnməsinin çox da böyük miqyasda olmamasıdır. Buna görə şirkətin təmsil olunmadığı şəhərlərdə yanacaq bazarının digər oyunçuları ilə əməkdaşlıq etmək məcburiyyətindəyik. Yenə də SOCAR-ın daha fəal şəkildə yeni yanacaqdoldurma məntəqələri açacağına ümid edirik, biz isə artıq biznesimizi tamamilə onların yanacaqları üzərində qurmağa hazırıq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->