Bu şəkildə görünən şəxslər oxucuların, demək olar ki, hamısına yaxşı tanışdır. Onlardan biri Almaniyanın federal kansleri Angela Merkel, digəri PKK terror təşkilatının lideri Abdulla Öcalandır.
Merkel və Öcalanın sifət cizgilərində görünür ki, bu şəkil ən azı 20-25 il öncə lentə alınıb. O zaman Merkel siyasətdə olsa da, dövlət xadimi deyildi, Öcalan isə artıq PKK təşkilatını yaratmışdı və marksist terror təşkilatı vasitəsilə Türkiyəni bölmək istəyirdi.
Ola bilər ki, bu şəkil Merkelin Almaniyanın qadınların və gənclərin işi üzrə dövlət naziri vəzifəsini tutduğu illərdə çəkilib. Fotodan tərəflərin bir-birinə bəslədiyi simpatiya açıq-aşkar sezilir.
Bu fotonun indi yayılması isə Almaniyanın, xüsusilə də baş nazir Angela Merkelin Türkiyəyə qarşı tutduğu mövqeyə görədir.
Qeyd edək ki, Türkiyədə baş verən son hadisələrdən, Taksim meydanında etirazçılara divan tutulmasından sonra Merkel əlinə düşmüş bu fürsətdən istifadə edərək, Türkiyənin Avropa Birliyinin üzvü olması yolunda aparılan danışıqları dayandırmaq barədə təklif irəli sürüb.
Bu fotonu uzun illərdən sonra yayanlar isə onun köhnə bir Tükiyə düşməni olduğunu vurğulamaq niyyətindədirlər.(musavat.com)
Şərhlər