Dünya 12:10 20.10.2021

Ankara xüsusi təyinatlıların Suriyaya göndərilməsinə başlayır

Türkiyə Suriyada PKK/PYD terrorçularına qarşı mümkün hərbi əməliyyatlar bölgəsinə əlavə xüsusi qüvvələr göndərir.

Qaynarinfo MK.ru-ya istinadla xəbər verir ki, bundan əvvəl, Ankaranın nəzarətində olan silahlı qüvvələr Türkiyə Silahlı Qüvvələrinin terrorçuları zərərsizləşdirmək üçün mümkün hərbi əməliyyatı gözləyərək Suriyanın Tel-Tamra bölgəsinə göndərilmişdi.

"Voennıy obozrevatel” "Telegram" kanalı yazır ki, Suriya ordusunun zirehli maşınları Türkiyə Silahlı Qüvvələrinin terrorçulara qarşı mümkün hərbi əməliyyatı ərəfəsində Hələb əyalətinin şimalına gəlir.
 
Alpər