Ölkə 11:33 23.04.2021

Aparıcı Səhiyyə Nazirliyindən gileyləndi

Tural Əsədov aparıcısı olduğu "Səhər mərkəzi" proqramında koronavirusa yoluxduğu ərəfədən danışıb.

Qaynarinfo xəbər verir ki, aparıcı  Səhiyyə Nazirliyindən gileylənib:

"Özümü narahat hiss edən kimi, təcili yardıma zəng etdim. Gəlib test götürdülər və pozitiv çıxdı. 14 gün evdə qaldım. İybilmə, dadbilmə və qoxubilməm itmədi. Hərarətim var idi. Antibiotik yox, vitaminlər içdim. Təsadüfən öyrəndim ki, Səhiyyə Nazirliyi Covid 19-dan müalicə alan xəstələrə dərman paketi götürür. Sahə həkiminizdən tələb edin. Bu dərmanlar haqda araşdırma aparın. Sahə həkimindən soruşanda dərmanlarım hanı? Cavab verdi ki, imtiyazlı ailələr üçündür. Telefondan necə başa düşdü ki, mən imtiyazlı ailəyəm, ya yox. Xəstəsinizsə, evdə müalicə alırsınızsa, dərmanı tələb edin. Dərmanların qiyməti ortalama 60-90 manat arasıdır. Hüquqlarınızı tələb edin. Sonra gəlib çıxır ki, xəstəxanada yer pulla satılır".