Video 14:24 22.05.2020

Aparıcılara pis xəbər: özünüzə başqa iş axtarın! (VİDEO)

Çinin Sinxua Agentliyi Sogou texnologiya şirkəti ilə hazırlanmış dünyanı ilk 3D süni intellekt xəbər aparıcısını təqdim edib.

Qaynrinfo xarici mətbuata istinadən xəbər verir ki, süni intellekt insan xəbər aparıcılarının hərəkətlərini təqlid edərək, təbii şəkildə xəbər təqdim etmə bacarığına sahibdir. Üztanıma, animasiya və transfer xüsusiyyətləri sayəsində süni intellektlər insanların üz ifadələrini, səslərini, davranışlarını, hətta dodaq hərəkətlərini belə təqlid edə bilir.

3D xəbər aparıcısının Çinin illik ən böyük iclasları olan "Two Sessions"da aparıcılıq etməsi planlaşdırılır.

Sinxua Agentliyi isə süni intellektdən istifadə ilə xərclərini azaltmaq niyyətindədir.

Camal