Xəbər lenti

APOEL-in futbolçusu:
İdman 16:33 17.10.2019

APOEL-in futbolçusu: "Qarabağ"la oyunda "əsgər salamı" vermək fikrim yoxdu"

Cənubi Kipr mətbuatının yazdığına görə azarkeşlər APOEL-in təcrübəli oyunçusu Giorgos Merkisin "Qarabağ"a Bakıda qol vuracağı təqdirdə "əsgər salamı" verəcəyini gözləyir.

Qaynarinfo sportinfo.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı 35 yaşlı oyunçu açıqlama verib. O, Bakıdakı oyunda qol vuracağı təqdirdə "əsgər salamı" vermək haqda düşünmədiyini söyləyib: "Xeyr, bu düzgün deyil. Futbolu siyasətə qatmaq niyyətimiz yoxdur, ümumiyyətlə qatmaq da olmaz. Biz sadəcə, idmançıyıq, işimiz meydanda mübarizə aparmaqdır. Siyasətə qarışmaq fikrimiz isə qəti yoxdur. "Düdelanj" – "Qarabağ" matçında baş verən hadisədən xəbərim var. İnsanları üz-üzə qoymaları doğru deyil".

Merkis "Kiprdə ermənilər çoxdur və "Qarabağ"a qarşı erməni təxribatı təkrarlana bilərmi?" sualına isə bu cür cavab verib: "Bəli, Kiprdə ermənilər çoxdur. Amma polislər də çox olacaq və hamıya nəzarət edəcəklər. Ona görə də narahat olmağa dəyməz. Biz sadəcə meydanda futbol oynamaq istəyirik".

Təcrübəli futbolçu Avropa Liqasının 3 və 4-cü turlarında "Qarabağ"a qarşı keçirəcəkləri oyunlar barədə də danışıb: "Qarabağ" və APOEL eyni səviyyədə olan komandalardır. Təbii ki, hər iki matç çox çətin alınacaq. Fikrimcə, əsl finallıq oyunlar olacaq. Məncə, çox şey də "Qarabağ"la oyunlarda həll olunacaq".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->