Ölkə 23:52 07.05.2021

Aqrar Universitetin statusu dəyişdirildi

Nazirlər Kabineti "Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov sənəd imzalayıb.

Sənədə əsasən, Azərbaycan Dövlət Aqrar Universiteti publik hüquqi şəxs statusunda Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurum olaraq müəyyən edilib.