Xəbər lenti

Foto 21:42 14.03.2019

"Aqrolizinq" bu kəndlərdə gübrələrin güzəştli şərtlərlə səyyar satışını təşkil etdi (FOTO)

Fevral ayından etibarən "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılmışdır. Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.
 
Qaynarinfo xəbər verir ki, Şəki, Oğuz, Göyçay, Sabirabad, Ismayilli, Astara, Biləsuvar,Saatlı rayonlarının ardınca növbəti səyyar satış mart ayının 14-də Kürdəmir rayonunun Karrar qəsəbəsində baş tutmuşdur. Bu kəndə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlanmişdilar.

Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edirlər.

Kürdəmir rayonunda keçirilən səyyar satış zamanı Karrar və etraf 11 kənd üzrə 32 vətəndaş səyyar satişdan güzəştli şərtlərlə gübrə əldə etmişdilər. Kürdəmirdə keçirilən səyyar satışda 38,85 ton ammonium nitrat gübrəsi satılmışdır.

Sabah mart ayının 15-də Xaçmaz rayonunun Ləçət kəndində mineral gübrələrin güzəçtli şərtlərlə növbəti səyyar satlşı keçiriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->