“Aqrolizinq”dən fermerlər üçün yenilik (FOTO/VİDEO)
"Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Göyçayda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışını keçirib.
Qaynarinfo xəbər verir ki, satış Qarabaqqal kəndində, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binası qarşısında baş tutub. Bu kəndə yaxın Qaraməryəm, Bığır, Qaraman, Ləkçıplaq, Hacalı, Qarayazı, Cəyirli kəndlərinin sakinləri də səyyar satışdan yararlana biliblər.
Qeyd edək ki, səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edirlər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər