Ekonomiks 16:23 21.07.2021

“Aqroservis” Şirvan Təchizat Bazasında “Açıq qapı sərgi-satış yarmarkası” keçiricək

Səpin mövsümü ilə əlaqadar olaraq iyulun 25-də "Aqroservis” Açıq Səhmdar Cəmiyyəti Şirvan Təchizat Bazasında "Açıq qapı sərgi-satış yarmarkası” keçiricək.

Yarmarkada fermerlər 1000-dən artıq texnika ilə tanış ola, onları  sınaqdan keçirə və ala biləcəklər. Yarmarkaya çıxarılan texnikaların satışı operativ şəkildə mərkəzi ofisə gəlmədən 40% güzəştlə lizinq və nağd yolla təşkil ediləcək.

Yarmarka fermerlərə sərfəli qiymətlər və kampaniyalar vəd edir. Yarmarkaya çıxarılan bir çox texnika bazar qiymətindən 10% ucuz qiymətə satılacaq.  Traktor alana 2 illik zəmanət, 1 illik texniki baxış hədiyyə və yerində nömrə alışı, 1 illik AgroUber mobil platformasından ödənişsiz istifadə imkanı, asılan-qoşulan texnika alana çatdırılma, quraşdırma və istifadə qaydalarına dair təlim və 1 dəfə gübrə daşıma xidməti hədiyyə ediləcək. Yarmarka iştirakçılarını maraqlı aksiya da gözləyir. Bütün iştirakçılar keçiriləcək uduşa qoşulacaq və qalib müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırılacaqdır.

Yarmarkanın keçirilməsində əsas məqsəd qarşıdan gələn səpin mövsümündə ilə fermerlərin vəsaitlərinə qənaət etmək, yeni innovativ texnikalarla tanışlıq, fermerlər arasında əlaqələndirmə yaratmaq, məlumatlandırma və informasiyanı birbaşa çatdırmaqdır.

Yarmarka saat 10:30-dan başlayıb, 1 gün davam edəcək. Ətraflı məlumat almaq və iştirak etmək istəyənlər 1659 Satış mərkəzinə müraciət edə bilərlər.