Ölkə 19:49 14.01.2022

Arazdəyən - Horadiz dəmir yolunun Ermənistan hissəsinin bərpası üçün işçi qrupu yaradıldı

Ermənistanın baş naziri Nikol Paşinyan Naxçıvan Muxtar Respublikası ərazisindən keçən Arazdəyən - Horadiz dəmir yolunun Ermənistan hissəsinin bərpası ilə məşğul olacaq işçi qrupun yaradılması haqqında fərman imzalayıb.

Sənədə əsasən, qrup on nəfərdən təşkil olunacaq.

İşçi qrupuna Ermənistanın İrandakı keçmiş səfiri, hazırda baş nazirin müşaviri Artaşes Tumanyan rəhbərlik edəcək. O, görülən işlərlə bağlı rüblük hesabat təqdim edəcək.

Xatırladaq ki, sözügedən dəmir yolunun bərpası ilə bağlı razılıq Ermənistanın baş naziri ilə Azərbaycan Prezidenti arasında ötən ilin dekabrında keçirilən Soçi və Brüssel görüşlərində əldə olunub. (oxu.az)